Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bişirildikdə daha faydalı olan tərəvəzlər

Bişirildikdə daha faydalı olan tərəvəzlər
Sakura

Bişirildikdə daha faydalı olan tərəvəzlər

Çiy tərəvəz və meyvələrin bir çox növü sağlamlığımız üçün çox əhəmiyyətlidir.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bəzi çiy olaraq yediyimiz tərəvəzlər bişirildikdə daha faydalı ola bilir.

Pomidor

Pomidor bir meyvə olsa da əksəriyyət insanlar onu bir tərəvəz olaraq qəbul edir. Araşdırmalara görə pomidorun tərkibində stresi azaldan və ürək sağlamlığını qoruyan antioksidan növü mövcuddur. Bişirildikdə bu maddələr daha da çoxalır.

Badımcan

Badımcanı çiy şəkildə yemək həzm sistemi ilə bağlı problemlər yol açır. Bu problemləri yaşamamanız üçün badımcanı bişirin.

İspanaq

Çiy ispanağın tərkibində digər yaşıl yarpaqlı bitkilərdə olduğu kimi asit mövcuddur. İspanaq yüksək temperaturda qaldıqda bu toksinlər parçalanır. Bundan başqa ispanağı isitdikdə A və E vitaminləri qəbul etmiş olarsınız. Buxarda bişirmə qida maddələrini itirmədən ispaanağı bişirmənin ən yaxşı üsuldur.

Yer kökü

Əgər yer kökündən daha çox bəsləyici qida almaq istəsəniz onu buxarda bişirməniz lazım gələcək. yer kökü bişirildikdən sonra daha çox beta kerotini sərbəst buraxır. Beləliklə bədənimizi sağlam görə bilmə, sağlam dəri və güclü immunitet sistemi üçün lazım olan A vitamini ilə təmin edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR