Slimfit
  1. DÜNYA

Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı
Sakura

Birləşmiş Millətlər Təşkilatı — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hazırda…

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing.United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür.Vatikan BMT-nin üzvü deyil.

BMT-nin qərargahı Nyu-Yorkşəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.

BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir:

  • Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqaşəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.
  • BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

 

Məqsədləri

  • münаqişələrin sülh yоlu ilə tənzimlənməsi və kоllеktiv tədbirlər qəbul еtməklə bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı;
  • хаlqın özünüdərkеtmək və bərаbərlik prinsipinə hörmət еtmək əsаsındа ölkələr аrаsındа dоstluq münаsibətlərinin inkişаf еtdirilməsi;
  • bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, bеynəlхаlq iqtisаdi təşkilаtlаr bütün insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsi;
  • müхtəlif ölkələrin rаzılаşmаsı üzrə; bu məqsədlərə çаtmаğа yönəldilmiş mərkəzi оrqаnın funksiyаlаrının yеrinə yеtirilməsi.

 

Prinsipləri

  • Onun bütün üzvlərinin bərаbərliyi;
  • Nizаmnаmə üzrə qəbul еdilən öhdəçiliyi vicdаnlа yеrinə yеtirmək;
  • Bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi;
  • Bеynəlхаlq münаsibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq еtməsindən imtinа еtmək;
  • Bu prinsipləri qəbul еtməklə bütün hərəkətlərdə təşkilаtın bütün üzvlərinə köməklik göstərmək;
  • Bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək;
  • BMT-nin üzvü оlmаyаn dövlət BMT-nin prinsiplərinə uyğun оlаrаq lаzım gələrsə hər şеyi təmin еtməlidir;
  • Dövlətlərin dахili işlərinə qаrışmаmаq;
  • İnsаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət еtmək;
  • Xаlqlаrın özünüidаrə еtməsi və bərаbər hüquqlu оlmаsı;
  • Əməkdаşlıq və tərksilаh.

 

Üzv dövlətlər

14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı .

 

BMT-nin ixtisaslaşmış təşkilatları

  • Beynəlxalq Əmək Təşkilatı(BƏT)
  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO)
  • BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı(YUNESKO)
  • Ümumdünya Səhiyyə Təşkilatı(ÜST)
  • Dünya Bankı(DB)
  • Beynəlxalq Valyuta Fondu(BVF)
  • Beynəlxalq Mülki Aviasiya Təşkilatı(ICAO)
  • Narkotiklər və Cinayətkarlıq üzrə İdarə(UNODC)[3]
  • Ümumdünya Poçt İttifaqı(ÜPİ)
  • Beynəlxalq Telekommunikasiya İttifaqı(BTİ)
  • Ümumdünya Meteorologiya Təşkilatı(ÜMT)
  • Beynəlxaq Dənizçilik Təşkilatı(BDT)
  • Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı(WIPO)
  • Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu(IFAD)
  • Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı(YUNİDO)
  • Qaçqınlar üzrə Ali Komissarlıq(UNHCR)
  • Atom Enerjisi üzrə Beynəlxalq Agentlik(AEBA)

The United Nations Secretariat Building.jpg

 

BMT Baş Katibi

Katibliyə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən Baş Katib rəhbərlik edir. Onun 2 dəfə seçilmək hüququ vardır.

Soyadı və adı

Ölkə

Səlahiyyətin başlanğıcı

Səlahiyyətin sonu

1

Trüqve Halvdan Li (Trygve Halvdan Lie)

Norveç(Qərbi Avropa)

2 fevral 1946

10 noyabr1952

2

Daq Hammarşeld(Dag Hammarskjöld)

İsveç (Qərbi Avropa)

10 aprel1953

18 sentyabr1961

3

U Tan (ဦးသန့်)

Birma(Asiya)

30 noyabr1961

1 yanvar1972

4

Kurt Valdhaym(Kurt Waldheim)

Avstriya(Qərbi Avropa)

1 yanvar1972

1 yanvar1982

5

Havyer Peres de Kuelyar (Javier Pérez de Cuéllar Guerra)

Peru(Cənubi Amerika)

1 yanvar1982

1 yanvar1992

6

Butros Butros Qali (بطرس بطرس غالي)

Misir (Afrika)

1 yanvar1992

1 yanvar1997

7

Kofi Annan (Kofi Annan)

Qana(Afrika)

1 yanvar1997

1 yanvar2007

8

Pan Gi Mun (반기문)

Koreya Respublikası(Asiya)

1 yanvar2007

5 oktyabr2016

 

9

Antoniu Quterreş(António Guterres)

Portuqaliya(Avropa)

5 oktyabr2016

hal hazırda vəzifədədir

 

 

Üzvlük haqqının hesablanması

BMT-yə üzvlük haqqında əsas prinsip ölkənin ödəmə qabiliyyətinin vəziyyətidir. Hər ölkə ümumi daxili məhsulunun həcminə uyğun ödəniş edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR