Slimfit
  1. AZƏRBAYCAN

Birinci vitse-prezidentlik institutu özünü xarici siyasətdə də təsdiq etdi Fransa səfərinin nəticələri haqqında

Birinci vitse-prezidentlik institutu özünü xarici siyasətdə də təsdiq etdi  Fransa səfərinin nəticələri haqqında
Sakura

Birinci vitse-prezidentlik institutu özünü xarici siyasətdə də təsdiq etdi Fransa səfərinin nəticələri…

Son iki ilə qədər Azərbaycanın siyasi sistemində vitse-prezidentlik institutu olmayıb. Birinci vitse-prezident Mehriban Əliyeva bizim üçün yeni olan bu institutun ölkənin idarəçiliyində həm inzibati, həm də siyasi yerini və imicini formalaşdırmaqdadır.

Bu, geniş təhlil tələb edən bir mövzudur və xarici siyasət və beynəlxalq münasibətlər bu mövzunun əhəmiyyətli bir hissəsidir. Odur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri onun proqramı, görüşlərin səviyyəsi, imzalanan sənədlər səfərin siyasi və iqtisadi səmərəsi aspektlərindən diqqəti cəlb edir və xüsusi təhlili vacibdir. Həm də ona görə ki, Mehriban Əliyevanın Paris səfəri 2017-ci ildə başlanmış Birinci vitse-prezidentlik institutunun fəaliyyətinin yeni səviyyəyə yüksəlişi deməkdir.

Belə görünür ki, artıq liberal islahatların ilk addımı kimi yaradılmış Birinci vitse-prezidentlik institutunun tarixində bütöv bir mərhələ başa çatdı. Əvvəlki mərhələdə daxildə sosial, humanitar və mədəni sferalarda fəaliyyət üstünlük təşkil edirdi. Artıq indi yüksək səviyyədə dövlətlərarası iqtisadi, siyasi və mədəni münasibətlər də daxil olmaqla dövlətin bütün sferalarında fəaliyyət dövrü başlayır. İlk olaraq onu qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın Paris səfəri Birinci vitse-prezidentlik institutunun beynəlxalq səviyyədə fəaliyyətinin təzahürü kimi mühüm əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın indiyə qədər Birinci vitse-prezident kimi İtaliyaya da səfəri olmuşdu. Amma imzalanan sənədlər və səfər zamanı müşayiət, müzakirə olunan mövzuların əhatə dairəsi baxımından bu məzmunlu belə səfər artıq yeni mərhələ sayıla bilər.

Təkcə görüşlərin səviyyəsi səfərin təsiri və əhəmiyyəti haqqında çox şey deyir. Belə ki, Birinci vitse-prezidentin BMT TŞ-nin üzvü olan, Avropa İttifaqının aparıcı dövlətlərindən birində Baş nazir, parlamentin hər iki palatası – Senat və Milli Assambleyanın rəhbərləri, Fransanın birinci xanımı, mədəniyyət və iqtisadiyyat nazirləri ilə görüşü Azərbaycanda iqtisadi və siyasi islahatların başlanğıcı kimi yaradılmış Birinci vitse-prezidentlik institutunun beynəlxalq uğurudur. Odur ki, Paris səfəri ilə Birinci vitse-prezident mühüm xarici siyasət aktına imza atdı. Bu, Birinci vitse-prezidentlik institutunun yeni fəaliyyət səviyyəsinə çıxmasıdır. Artıq qeyd edildiyi kimi ilk mərhələdə Birinci vitse-prezident əsasən sosial və humanitar siyasi istiqamətlərdə xeyli fəal idi. İndi bu istiqamətlərə yenisi – yüksək səviyyəli xarici əlaqələr də daxil olur. Həm də çox uğurlu!

Erməni diasporunun çox güclü siyasi təsirə malik olması Azərbaycanın Fransa ilə münasibətlərini mürəkkəbləşdirən amildir. Odur ki, Birinci vitse-prezidentin Azərbaycan diplomatiyası üçün mürəkkəb siyasi quruluşa malik Fransaya səfərini həm də cəsarətli addım kimi qiymətləndirmək olar.

Rotşildlərə aid şirkətlərlə ““Rothschild Global Financial Advisory”, Rotşild & Cie bankı) strateji işgüzar münasibətlər də Fransa-Azərbaycan münasibətlərinə erməni diasporunun mənfi təsirlərini neytrallaşdıran mühüm məqamdır.

Həm də xüsusi vurğulamaq lazımdır ki, Birinci vitse-prezidentlik institutunun bu fəaliyyət sahəsindəki ilkin nəticələri istər siyasi, istərsə də iqtisadi baxımdan çox səmərəlidir. Dünyanın ən güclü, qlobal təsirə malik maliyyə qurumularından biri (Rotşild & Cie ) ilə Azərbaycanın Mərkəzi Bankı arasında strateji əməkdaşlığa dair saziş Azərbaycanın maliyyə dayanıqlığına qlobal səviyyədə dəstək və zəmanət kimi də qəbul edilə bilər. Ona görə ki, Rotşildlərin qlobal maliyyə və iqtisadi gücü çox böyük təsirə malikdir. Bu, indi Azərbaycan üçün ən vacib olan maliyyə sisteminin sabitliyi istiqamətində atılmış uğurlu addımdır.

Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama hissəsinin Fransa şirkətinin dəstəyi ilə yenidən qurulması da bir tərəfdən bu sahədə çox təcrübəli olan şirkəti Azərbaycana cəlb edir, digər tərəfdən Aİ-nin aparıcı siyasi gücü olan Fransanı Şimal-Cənub nəqliyyat dəhlizinə cəlb etmək üçün əlverişli meydança yaranır.

Səfərin gedişindən görünür ki, Birinci vitse-prezidentin Fransa ilə konkret iqtisadi layihələrin həyata keçirilməsi üzrə məqsədləri var. Məsələn, Bundan əlavə, Fransanın iqtisadiyyat naziri B.Lömerin may ayında Avropadakı seçkilərdən sonra Azərbaycana səfərə gələcəyini bildirməsi faktı da söhbətlərin nə qədər konkret xarakter daşıdığını və Fransa tərəfindən nə qədər ciddi yanaşıldığını göstərir. Bu, səfərin səmərəliliyinin mühüm əlamətlərindəndir.

Təbii ki, Birinci vitse-prezidentin Fransaya səfərinə Avropa İttifaqı ilə münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri aspektlərindən baxmamaq mümkünsüzdür.

Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində yeni, pozitiv bir dövr başladığı açıq şəkildə müşahidə olunur. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycanda başladığı şərti olaraq “Yeni mərhələ” adlandıra biləcəyimiz kursun, liberal islahatların da təsiri altında baş verir. Avropa dövlətlərinin nümayəndələrinin və Avropa Parlamentinin üzvlərinin iştirak etdiyi, bir neçə gün əvvəl Buxarestdə keçirilmiş “Ümumi xarici və təhlükəsizlik siyasəti” və “Ümumi təhlükəsizlik və müdafiə siyasəti” mövzularına həsr olunmuş 14-cü Parlamentlərarası Konfransda Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində aparılan islahatlara diqqətini yönəltdiyi vurğulanıb. Birinci vitse-prezidentlik institutu isə bu islahatların aparıcı amili kimi çıxış edir. Odur ki, Birinci vitse-prezidentin Paris səfəri Azərbaycanda aparılan islahatlar aspektindən də əhəmiyyət daşıyır.

Artıq rəmzi olaraq bu səfərlə Birinci vitse-prezidentliyin siyasi tarixində yeni mərhələ başladı. Bu baxımdan səfəri islahatların davam etdirilməsinə əlverişli beynəlxalq şəraitin yaradılması kimi də şərh etmək mümkündür. Bu, Azərbaycanda aparılan “Yeni mərhələ” islahatlarına siyasi güc qatır. Başqa sözlə, Birinci vitse-prezidentin uğurlu Paris səfəri o deməkdir ki, Avropa Azərbaycanda Prezident İlham Əliyevin Birinci vitse-prezidentlik institutunun yaradılması ilə başlanmış “Yeni mərhələ” islahatlarını yüksək səviyyədə qarşılayır.

Mehriban Əliyevanın Paris səfərinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mövqeyinə müsbət təsir edəcəyi də gözləniləndir.

Mehriban Əliyeva danışıqlarda ötən ilin iyulunda imzalanmış, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ifadələrinin yer aldığı Tərəfdaşlıq Prioritetləri adlı sənədə istinad edib.

 

Nəhayət, Mehriban Əliyevanın səfəri Azərbaycanın böyük güclərin konfrantasiya meydançalarında deyil, əməkdaşlıq məkanlarında fəaliyyət göstərdiyini və əməkdaşlıq sahələrinə öz töhfəsini vermək istəyinin nümayişidir.

Beləkilə, Birinci vitse-prezidentin Paris səfəri:

Görüşlərin səviyyəsinə görə ən yüksək və geniş əhatəlidir;

Fransa-Azərbaycan əlaqələrinə təsir edən mənfi amilləri neytrallaşdırmağa imkan verəcək;

İmzalanan sənədlər mühüm strateji istiqamətləri əhatə edir və Azərbaycanın maliyyə və nəqliyyat sisteminin səmərəliliyinə yönəlib;

Səfər Birinci vitse-prezidenlik institutunun yüksək beynəlxalq səviyyədə BMT TŞ-nin üzvü və Aİ-nin liderlərindən olan bir ölkədə qəbul edilməsidir;
Azərbaycanda başlamış islahatlara beynəlxalq dəstəyi də ifadə edir;

Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinin inkişafına müsbət təsir edəcək;

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həllində Fransanın mövqeyinə müsbət təsir göstərəcək bir səfərdir;

Nəhayət, Azərbaycanın böyük güclərin əməkdaşlıq məkanlarına töhfə verdiyini göstərir.

Beləliklə, Birinci vitse-prezidentlik institutu bütün parametrlər üzrə Prezident İlham Əiyevin yeni dövr üçün siyasi kursunda Prezidentin xəttinin mühüm köməkçi faktoru kimi öz yerini alıb.

Azərbaycanın siyasi tarixində yeni bir institut artıq praktikada baş tutmuş və öz səmərəliliyini sübut etmiş sayıla bilər!

Mənbə: Trend

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR