Birinci vitse-prezident xalqı təbrik edib: 'Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır'
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə xalqı təbrik edib.
"Report"un xəbərinə görə, təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Əziz hərbi qulluqçular və veteranlar!
Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.
Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.
Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət