Birinci sinfə qeydiyyatla bağlı detallar açıqlandı
“Müsbət haldır ki, artıq yeni tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva mətbuat konfransında deyib. Bildirib ki, sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə martın 13-dən sentyabrın 15-nə kimi davam edəcək.
Həmçinin lisey və gimnaziyalarda da qəbul ümumi qaydada aparılacaq.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideynin 10-13 mart tarixlərində şəxsi kabinetdən çap edib məktəbə təqdim etməsi ilə həyata keçiriləcək.
Təhsil digər dillərdə aparılacağı təqdirdə isə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların şifahi nitq bacarığının qiymətləndirilməsi üçün fevralın 24-dən müsahibələr təşkil olunub və proses sabah yekunlaşır. Digər uşaqlar üçün müsahibələr isə aprelin 1-dən təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox