Dərc edildi: Baxış sayı: 576
Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini
Azərbaycanda demoqrafik inkişaf 1-ci sinfə qəbul olanların sayında da artımın baş verməsinə səbəb olub.
Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2018-ci ildə 165 mindən çox uşaq 1-ci sinfə qəbul olub. 2013-cü ildə isə bu göstərici 138 min idi.
O, hazırda Azərbaycanda ümumtəhsil pilləsində 1 milyon 533 minə yaxın şagirdin təhsil aldığını nəzərə çatdırıb.
İ.İsayev qeyd edib ki, Azərbaycanda orta təhsilin ibtidai, ümumi orta və tam orta pillələrində həm qızlar, həm də oğlanlar arasında savadlılıq səviyyəsi, riyazi bacarıqlar göstəricisi yüz faizlik göstərici ilə ifadə olunur.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub. Növbəti hədəf bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılmasıdır.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub. Növbəti hədəf bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılmasıdır.
I.Isayev Azərbaycanda hər il ali təhsil müəsissələrinə 50 mindən artıq tələbənin qəbul olunduğunu da qeyd edib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət