Slimfit
  1. İQTİSADİYYAT

Birinci rübdə dövlət büdcəsinin mədaxili 7,8 milyard manat, xərcləri isə 5,2 milyard manat olub

Birinci rübdə dövlət büdcəsinin mədaxili 7,8 milyard manat, xərcləri isə 5,2 milyard manat olub
Sakura

Birinci rübdə dövlət büdcəsinin mədaxili 7,8 milyard manat, xərcləri isə 5,2 milyard manat olub

Cari ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat, xərcləri 5 milyard 254,8 milyon manat olub, 2 milyard 556,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Birinci rübdə dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat və ya rüblük proqnoza qarşı 35,9 faiz çox icra olub. Həmin vəsaitin 32,5 faizi və yaxud 2 milyard 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.

Rüb ərzində Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 91 milyon manat və ya 10,1 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 39,7 milyon manat vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 631 milyon manat vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1 milyard 793,5 milyon manat və ya 1,6 dəfə çoxdur.

İlin birinci rübündə dövlət büdcəsində 2 milyard 556,1 milyon manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 milyon manat profisitdən 2 milyard 22,7 milyon manat çoxdur.

Üç ayda Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1 milyard 793,5 milyon manat) vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1 milyard 793,5 milyon manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 milyon manat) ilə təmin edilməsi hesabına olub.

Rüb ərzində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8 faiz və yaxud 5 milyard 254,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 milyon manat və ya 4,4 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2 milyard 519,8 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz və ya 415,3 milyon manat çoxdur.

Birinci rübündə dövlət büdcəsi xərclərinin 3 milyard 919,9 milyon manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 milyon manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 milyon manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Üç ayda büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR