Dərc edildi: Baxış sayı: 499
Birinci mərhələ üzrə 3692 müəllim işə qəbul edilib
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.
Avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət