“Bir” Tələbə-Könüllü proqramından Bakı Nəqliyyat Agentliyinə dəstək
Bakı Nəqliyyat Agentliyinin tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihə həyata keçirilir.
Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır.
Layihənin həyata keçirilməsində əsas dəstəkçilər isə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləridir. 77 gün davam edəcək sorğunun 40 günü artıq arxada qaldı. Bu müddətdə "Bir" Tələbə-Könüllü proqramının 203 könüllüsü 600-ə yaxın dayanacaqda 30.000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib.
Şəhərin ictimai nəqliyyat sisteminin yenilənməsini arzu edən paytaxt sakinləri sorğuda həvəslə iştirak edir.
Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda “BİR”” tələbə-könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edirlər və həvəslə fəaliyyət göstərirlər.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsiinkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət