Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bir sinifdə neçə şagird ola bilər? - İdarədən açıqlama

Bir sinifdə neçə şagird ola bilər? - İdarədən açıqlama
Sakura

Bir sinifdə neçə şagird ola bilər? - İdarədən açıqlama

Təhsil müəssisələrində siniflər, şagirdlərin sayı 20 nəfər və otaqların sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. NK-nin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə otaqların ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Bu barədə Axar.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Qurum paytaxtdakı məktəblərdə müşahidə olunan şagird sıxlığını əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə əlaqələndirib:

“Şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün son illərdə paytaxtda yeni məktəblər və əlavə tədris korpusları inşa olunub. Builki dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumilikdə 4 məktəbin inşası başa çatıb, bir məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, bir məktəb üçün 1416 yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının tədricən aradan qaldırılmasına zəmin yaradır”.

İdarə bildirilib ki, birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir:

“Bakı şəhərində süni şagird sıxlığının qarşısının alınması məqsədilə bəzi məktəblərdə mikroərazi prinsipi tətbiq edilir. Belə ki, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Daimi qeydiyyatı olmayan valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Müvəqqəti və ya qeydiyyatsız yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə valideynlər 2018-2019-cu tədris ilində orta məktəb siniflərində şagird sayının çox olmasından şikayətlənirlər. Təhsil ekspertləri isə bu sıxlığın dərslərin keyfiyyətinə təsir edəcəyini bildirirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR