Slimfit
  1. MƏDƏNİYYƏT

Bir sənət əsərini anlamaq üçün ona nə qədər baxmalıyıq?

Bir sənət əsərini anlamaq üçün ona nə qədər baxmalıyıq?
Sakura

Bu cavabı o qədər də mürəkkəb olmayan bir sualdır. Elm adamları bir sənət əsərini başa düşməyimiz üçün…

Bu əlbəttə bir zarafatdır. Bu sualın cavabı insandan-insana dəyişir. Belə desək, subyektiv əsaslara görə fərqlənir. Bir sənət əsərini anlamaq üçün keçirməli olduğumuz vaxt qəti deyil. Bu rəsmə baxan şəxsin nə dərəcədə mütəxəsis olmasından asılıdır. Amma bunu söyləmək yerində olar ki, ümumi mənada, sənət əsərlərinə kifayət qədər uzun müddət baxmırıq. Bu məsələdə konkret ədədlər biraz dəyişkənlik göstərə bilər, amma tədqiqatlar göstərir ki, muzeydə və ya sərgidə bir şəxs əsər qarşısında ortalama olaraq 15-30 saniyə arasında vaxt keçirir. Bu əsərin vizual olaraq ifadə etməyə çalışdığı mənanı ümumi anlamaq üçün kifayət edən bir müddətdir ( abstrakt əsərlər üçün isə kifayət deyil). Ancaq əsəri bir bütün olaraq mənimsəmək üçün bu vaxt kifayət deyil. 

“Venice from the Porch of Madonna della Salute” – Joseph Mallord William Turner

Pensilvaniya universiteti, Positive Psychology Center-də təhsil müdiri James O. Pawelski muzeylərdə insanların gəzməsi ilə kitabxanada kitab rəfləri arasında gəzməyi müqayisə edərək Nyu-York Times-dakı yazısında belə deyir: “Siz kitabxanada kitabların künclərinə baxıb çıxışda “100 kitab oxudum deyə bilməzsiniz” Bu məsələnin məğzi burdadır ki, kimsə muzeydə saatlarını sənət əsərlərinə baxaraq keçirə bilərsiniz və oradakı əsərlərdən heç nə görməyib ayrıla bilərsiniz.”

Pavelski (Pawelski) dərs verdiyi zamanlarda şagirdlərini Filadelfiyanın Barnes dərnəyinə aparar və onlardan tək bir əsərin qarşısında 20 dəqiqə keçirmələrini istəyərmiş. Bu diqqətli araşdırmanın nəticəsində Pavelski adamın sənətdən aldığı zövqün artmasına səbəb olduğuna inanırmış. Bundan əlavə, meditasiya ilə də incəsənətdən zövq alına biləcəyini iddia edirdi.

Başqa bir şey eləmək yerinə, 20 dəqiqə kimi (20 dəqiqə Seinfeld`in (1989-1998-ci illərdə yayımlanan teleserial) bir bölümü qədərdi ) uzun bir müddət bir sənət əsəri üzərinə işləmək rəsmin içindəki sirri anlaya bilmək üçün çox əhəmiyyətli bir zaman dilimidir.

Bu tərz vəzifələri, tapşırıqlara bələd olan sənət tarixi şagirdləri bir əsərin insanı nə qədər məşğul edə biləcəyini bilirlər. Ancaq bu ümumi bilinən bir gerçək olaraq başa düşülməməlidir. İnsanlara muzeydə gördükləri əsərləri bir an dayanıb araşdırmalarını tələb edən bir layihə olan Slow Art Day-in qurucusu Phil Terry bu layihə haqqında açıqlamasında belə deyir: “İncəsənət dünyasındakı insanlar, ümumiyyətlə, bir sənət əsərinə yeddi saniyədən uzun bir müddət ərzində baxmasının nə qədər təsirli ola biləcəyini bilirlər. Slow Art Day’i qurdum, çünki digər adi insanlar bunu bilmir.”

Hans Hofmann – “Fantasia”

Əgər uzun-uzun sənət əsərlərinə baxmanın faydaları sənət dünyasındakı insanlar üçün alışılan, artıq sıravi bir vəziyyətdirsə, Terryin belə bir layihə həyata keçirməsinə təəccüblənməməliyik. 2008-ci ildə New Yorkdakı yəhudi muzeyinə etdiyi səfər zaman bir anlıq istəklə tam bir saatını Hans Hofmannın “Fantasia” (1943) cədvəlinə baxaraq keçirməyə qərar verir. O, təcrübəsini bu sözlərlə açıqlayır: “İnsanın ağlını başından alan bir təcrübə idi. Əsərin nə qədər yaxşı olduğunu görmək və mənim onda nə qədər çox şey gördüyümü fərqinə varmaq məni tamamilə təəccübləndirdi. “Retrospektiv bir sərgidəki hər əsəri mənimsəməyə çalışmaqdan sonra ağır yorğunluq? İnanın ki, yox”. Terry: “O qədər həyəcanlı idim ki, yüksək binalara qədər sıçraya biləcəyimi fikirləşirdim.”

Həmin il (2008) o, Slow Art Day’i qurmuş və bir sonrakı il də bu layihəni keçirməyi planlaşdırmışdır. SFMOMA (San Francisco Museum of Modern Art) kimi böyük muzeylər və Birmingham Museum of Art kimi kiçik muzeylər də bu fikri bəyənmişlər. Hətta Birmingham Museum of Art davamlı olaraq Slow Art Sundays’i təşkil etməyi təklif edib.

Slow Art Day kimi bir fəaliyyətlərə olan ehtiyac tam olaraq qlobal, çağdaş dünyadan qaynaqlanır. Hal-hazırkı dövrdə daha diqqətlə mənimsənilməsi lazım olan çox məsələlər olduğu halda, biz hamısını tez mənimsəməyə çalışırıq. Böyük müvəffəqiyyət əldə edən bu muzey günləri göstərdi ki, bir rəssamın bütün əsərlərinin dərinlərinə enmək, bir addım önə keçmək gördüyünüz şeylərin çox az olduğu hissini verə bilər. Hansınız sərgidə ayaqda keçirilən saatların sonunda (bunu hansısa azərbaycanlının yaşadığını güman etmirəm sonra gələn bel ağrısını bilmir? “Muzey yorğunluğu” yeni bir vəziyyət deyil.

Təşkilatlar, muzeylər də bu “muzey yorğunluğu” ndan bixəbər deyillər və uzun vaxt ərzində izləmə istəyini inkişaf etdirə bilmək, problemi aradan götürmək üçün çalışırlar. Bəzən bu səylər müəyyən proqramlar, layihələr halında özünü biruzə verir; eynilə Slow Art Day kimi və incəsənəti anlamaq üçün aydın olan şərhlər, fikirlər təqdim edən internet saytları kimi. Başqa hallarda, bu dərinə baxışın inkişaf etdirilməsi tamamilə bir təşkilata bağlıdır, yəni bu yük onların üzərinə düşür. Guggenheim`daki Museum of Non-Objective Painting`də dərin düşüncələrə dalınması üçün tüstülü, klassik musiqili bir mühit yaradılmışdı. Tablolar o qədər alçaqdan asılı idi ki, yerə oturduğunuzda göz səviyyənizdə olardılar.

Ümumiyyətlə muzeylər (və sənət ) iştirak sayına bir az ilişib-qalmış vəziyyətdədirlər. Muzeyin qapısından içəri sala biləcəkləri adamların sayını qurumun sağlamlığının, ayaqda durmasının ən əhəmiyyətli göstəricisi olaraq görürlər. Burası çox dəqiq ki, insanları muzeylərə çəkmək, sənətdən zövq almalarının ön şərti məhz budur. Ancaq yenə də sual doğa bilər; əgər biz insanların sənətə necə bağlandıqlarını müəyyənləşdirmək istəyiriksə, bu ədədlər əsas olaraq tamaşaçıların əsərlərə nə qədər bağlandıqlarına aid olsaydı (bir sərgidə keçirilən ortalama müddət ya da bir nümayişə edilən təkrar ziyarətin sayı), daha faydalı olmazdımı? Nəticədə, muzeydə nə qədər sürətli gedəcəyinizə bir başqası deyil, siz qərar verirsiniz. Bir əsərin qarşısında 10 dəqiqə keçirə bilərsiniz, ya da bir saatdan çox gözlərinizi ona tikib dayana bilərsiniz. Ya da təsadüfən əsərin içərisində kilidli qala bilərsiniz və sənətlə baş-başa böyük bir gecə keçirə bilərsiniz.
Seçim sizin…

Isaac Kaplan

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə: Kayzen.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR