Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bir qutuda niyə 20 siqaret var? - İnsan sağlamlığı üzərində qurulmuş biznes

Bir qutuda niyə 20 siqaret var? - İnsan sağlamlığı üzərində qurulmuş biznes
Sakura

Bir qutuda niyə 20 siqaret var? - İnsan sağlamlığı üzərində qurulmuş biznes

Mütəxəssislər siqaret asılılığının müalicəsinin çətin olduğunu söyləyirlər. Həmçinin, dediklərinə görə bir qutuda 20 siqaretin olması təsadüfi deyil. Nikotin birbaşa beyin mükafat mərkəzindəki reseptorlara bağlanır.

Nikotin reseptorlarının təkrar həssas hala gəlməsi üçün ortalama vaxt 45 dəqiqədir. Siqaret istifadə edən insan 16 saat oyanıq qalarsa, hər 45 dəqiqədə 1 siqaret istifadə edərsə, ümumi 20 siqaretə ehtiyac duyacaqdır. Məhz 1 qutuda 20 siqaretin olmasının səbəbi budur. Lakin xroniki siqaret istifadəsi davam etdikcə, beyindəki nikotinə ehtiyac duyan reseptorların sayında artım baş verir və istifadəçi istək yaşamaq üçün avtomatik sayını artırır.

Psixiatr müalicəsi alanlarda siqaret istifadəsi olduqca yüksəkdir

Siqaret istifadəsi psixiaxtr xəstələrində 40-50 faizə çatır. Diqqət əksikliyi və hiperaktivlik, şizofreniya və bipolyar pozğunluq diaqnozu qoyulan xəstələrdə isə 60-80 faizdir.

Hər hansı psixi xəstəlik diaqnozu qoyulmuş insanların siqaretdən istifadəsi digər şəxslərə nisbətən nəzərə çarpacaq qədər yüksəkdir. Lakin həmin insanların siqaret istifadəsi detallı şəkildə araşdırılıb qeydə alınmır. Siqaret istifadəçilərinin sadəcə 10 faizi tərgitmək üçün müalicəyə üz tutduğunu söyləyir.

Siqaret istifadəçiləri 45 dəqiqə fasilə ilə 1 siqaret tələb edir

"İstirahət" halında olan nikotin reseptorları nikotinə qarşı olduqca həssasdırlar. Siqaret dumanı ilə alınan nikotin bu reseptorlarla birləşdikdən sonra nikotinə qarşı hissiyyatsızlaşırlar. Əgər, mükafat sistemindəki nikotin reseptorlarının hamısı nikotinlə doldurulubsa, əlavə nikotin istifadəsi həmin "zövq verən" təsiri yaratmaz. Bir ədəd siqaret nikotin mükafat sistemindəki bütün reseptorları qidalandırmaq üçün kifayətdir. Bu səbəbə görə də siqaretlər standart ölçülərdədir.

Nikotin istifadəsinin müalicəsi o qədər də asan deyil

Nikotin asılılığının nəticələri heyvan üzərində aparılan təcrübələrdə göstərilmişdir. 1 ay müddətində xroniki siqaret istifadəsindən sonra bu proses dayandırıldıqda istək əlamətləri özünü göstərməyə başlayır. Molekulyar yaddaşın sayəsində istifadəni buraxdıqdan sonra istək ömür boyu davam etsə də, istəmək şiddəti get-gedə azalacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR