Slimfit
  1. SİYASƏT

Bir qrup şəxsin vətənpərvər insanların duyğularından istifadə edərək pozucu fəaliyyətlərə əl atması yolverilməzdir

Bir qrup şəxsin vətənpərvər insanların duyğularından istifadə edərək pozucu fəaliyyətlərə əl atması yolverilməzdir
Sakura

Bir qrup şəxsin vətənpərvər insanların duyğularından istifadə edərək pozucu fəaliyyətlərə əl atması yolverilməzdir

Ermənistan hərbi bölmələri iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atıblar. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstəriblər, amma buna nail ola bilməyiblər. Azərbaycan Ordusu rəşadətlə vuruşaraq bir santimetr torpağı da düşmənə verməyib. Hadisə baş verən gündən mən də buradayam. Tovuz camaatı bir nəfər kimi burdadır və bir qarış torpağı da düşmənə vermək fikrində deyil.

Ens.az Milli.az-a istinadən xəbər verir ki,bu sözləri jurnalistlərə müsahibəsində hazırda ön cəbhədə olan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Tovuz rayonundan deputat olan Q.Paşayeva ordumuzun döyüş səviyyəsinin yüksək olduğunu, əhalinin dövlətimizə inandığını və bir qarış torpağı belə düşmənə vermək fikrində olmadığını dilə gətirib. Deputat deyib: "İyulun 14-də gecə saatlarında Bakıda baş verən hadisə ilə bağlı demək istəyirəm ki, qəlbi, ruhu ilə Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanında olan hər kəsə təşəkkür edirik. Amma vətənpərvər, səmimi insanların duyğularından istifadə edərək dövlətçiliyə ziyan vurmaq, Milli Məclisə soxulmaq heç bir məntiqə sığmır. Əminəm ki, Vətənini, dövlətini sevən insanlar bu cür hərəkətləri pisləyir və yolverilməz olduğunu bildirirlər. Cəmiyyətimiz bunu qınayacaq.

Milli Məclisin deputatı kimi məni də, Tovuz camaatını da, bölgədəki bütün insanları da narahat edən məsələlər var. Qoy bunu bütün Azərbaycan və xaricdəki soydaşlarımız da eşitsinlər. KİV nümayəndələrindən artıq dərəcədə xahiş edirəm, dezinformasiyalara yol verilməsin. Tovuz rayonundan heç kəs torpağını tərk etməyib. Cəbhə boyu kəndlərimizin hər bir sakini evində-eşiyindədir. Bu insanlar güllədən qorxmur və belə atışmaları çox görüblər. Xalqımız dövlətimizə, ordumuza güvənir".

Q.Paşayeva diqqətə çatdırıb ki, işğalçı Ermənistanın təxribat əməllərinin arxasında nələrin dayandığını hamı bilir. Bu, ciddi məsələdir. Belə bir gündə hamımızın bir olmağımız lazımdır. Dezinformasiya yaymağa heç kəsin haqqı yoxdur və buna icazə verilməməlidir. Ermənistan tərəfi bu dezinformasiyalardan öz xeyrinə istifadə edir. Dezinformasiya yaymaq düşmənin dəyirmanına su tökmək deməkdir. Sadəcə, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edilməlidir: "Azərbaycan Ordusunun əsgərləri düşmənə qarşı mərdliklə vuruşurlar. Bütün əsgərlərimiz Vətən üçün canlarından keçməyə hazırdırlar.

"Biz bu gün Ali Baş Komandanın, dövlətin ətrafında sıx birləşərək yumruq olmalı, düşmənə layiqli cavab verməliyik. Düşmənin əlinə əsas vermək qətiyyən olmaz. Bəzi ermənilər saxta profillə insanları qızışdırmağa çalışırlar. Buna qətiyyən yol vermək olmaz. İnsanlarımız diqqətli olsunlar. Təxribata nə xalqımız, nə də dövlətimiz imkan verməyəcək".

Deputat vurğulayıb ki, bu gün Azərbaycanın güclü, təkmilləşmiş və peşəkar ordusu var və düşmənə layiqli cavabını vermək iqtidarındadır. Azərbaycan generalları səngərdə gizlənmir, əsgərlərin yanındadır və onlarla bərabər yağı düşmənə qarşı qəhrəmancasına mübarizə aparırlar. Yaxından tanıdığım şəhid general-mayorumuz Polad Həşimov qeyrətli oğul idi və Vətən üçün canını fəda etdi. Düşmənə gözdağı verdi ki, bu ölkənin generalı, mayoru kabinetdə oturmur, döyüş meydanındadır. Bu gün və həmişə millətini, dövlətini sevən hər kəs Ali Baş Komandanın yanındadır. Qoy, bunu düşmən və onun havadarları yaxşı bilsinlər. Biz bu çətin günlərdən də üzüağ çıxacağıq. Düşmən təxribatın cavabını alıb və alacaq.

Biz bu gün dövlətçiliyimiz və Qarabağ naminə Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik. Gənclərimizə səslənirəm ki, sosial şəbəkələr vasitəsilə dezinformasiyaların qarşısını almaqda hamıya dəstək olun. Diaspor təşkilatları, xarici dil bilən gənclərimiz fəal olsunlar və erməni vandalizminin ifşa olunmasında kömək etsinlər", - deyə Qənirə Paşayeva diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR