Dərc edildi: Baxış sayı: 445
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi qeyri-neft məhsullarının ixracını apreldə kəskin azaldıb
Bu ilin yanvar-aprel ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 39 mln. ABŞ dollarından çox qeyri-neft ixracı həyata keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu ötən ilin müvafiq göstəricisindən 24,2% çoxdur.
Bu ilin aprel ayında isə Mərkəz vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 1,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 82%, bu ilin mart ayı ilə müqayisədə isə 87,6% azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət