Dərc edildi: Baxış sayı: 559
Bir neçə sənaye müəssisəsinin qaz təchizatı dayandırılıb
Bu gün saat 10:00-dan etibarən Bakının Xəzər rayonunun Türkan Üzümçülük sovxozunda yerləşən qeyri-yaşayış sahəsinə çəkilmiş orta təzyiqli qaz xəttinin sənaye kollektoruna birləşdirilməsi işləri görüləcək.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, işlər başa çatana qədər "Sevil", "Rəvan-Turan", "AGRO", "Bərəkət" MMC-lərin və daha bir neçə obyektin qaz təchizatı dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət