Slimfit
  1. CƏMİYYƏT

Bir neçə koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

Bir neçə koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb
Sakura

Bir neçə koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

Aprelin 3-də və 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini T.Məmmədov, Şabran rayon sakini Ş.Balabəyov və Balakən rayon sakini A.Tahirova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR