Dərc edildi: Baxış sayı: 573
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Dağıstanda rüşvətlə ləzgi, avar soyadları götürüb Azərbaycana rahat gəlib- gedən ermənilər çoxdur...”
“Erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər...”
“Son zamanlar paytaxtımıza ermənilərin axını güclənib. Bu faktdır. Mən tez-tez fizionomiyasından erməni olduğu aşkar olan adamlar görürəm...”
Bunu Moderator.az-a açıqlamasında son dövrdə Ermənistanın Azərbaycana yönəlik kəşfiyyat işlərini gücləndirməsindən bəhs edən tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.
“Təsəvvür edirsiz, bu yaxınlarda Bakıda, Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində təsadüfən erməni tələbə yoldaşım Vladimir Şikaryanı gördüm. Məndən gizlənmək istəsə də, onu saxlayıb hiddətlə soruşşdum ki, sən burda nə gəzirsən, Bakıya necə gəlibsən. Cavab verdi ki, mən ləzgiyəm, erməni deyiləm ki,heç bir problem yoxdur, rahat gəlib gedirəm. Nə isə, 5 il erməni kimi tanıdığın adama erməni olduğunu sübut edə bilmədim. Sənəddə ləzgidir axı...
Ümumiyyətlə, son vaxtllar Dağıstanda rüşvət verib soyadlarını ləzgi, avar soyadlarına dəyişərək Bakıya rahat gəlib- gedən ermənilər çoxdur. Onların çoxu uzun illər Azərbaycanda yaşadığından dilimizi də təmiz bilirlər. Təbii ki, həmin ermənilər Azərbaycandakı müxtəlif sahələrdə, o cümlədən dövlət orqanlarında işləyən qohum-əqrəbalarıyla da görüşürlər... Və şübhəsiz ki, Bakıya gələn düşmən millət nümayəndələri arasında kəşfiyyatçı və təxribatçılar da xeylidir. Xalqımız ayıq olmalıdır. Son vaxtlar diqqət etmişəm, zahirən erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər. Əslində onlar kəşfiyyat məqsədi ilə küçələrin adlarını, tinlər arasındakı məsafələri, yaxud hansısa strateji obyektləri və s. çəkirlər. Yoxsa, küçənin tinində görkəmsiz bir yerdə nə şəkil çəkdirmək?..
Bizimkilər hara baxır, bilmirəm, mən gözümlə gördüklərimi deyirəm. Bura gəlib-gedən erməni agentləri kimlərəsə arxayındırlar. Təəssüf ki, bu dəqiqənin özündə də bəzi strateji qurumlarda Azərbaycanın maraqlarını Rusiya və Ermənistana satan və ya satmağa hazır olan adamlar var... Ardıcıl olaraq Mütəllibova, Elçibəyə, sonra Heydər Əliyevə xəyanət edərək bu gün də İlham Əliyevə xəyanət etməyə hazırlaşanlar Milli Məclisdə də deputat kimi əyləşib...”-deyə keçmiş parlament üzvü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət