Slimfit
  1. AZƏRBAYCAN

Bir neçə dövlət qurumu Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bir neçə dövlət qurumu Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Sakura

Bir neçə dövlət qurumu Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejiminə…

Azərbaycan Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Report” xəbər verir ki, bu qurumlarda gücləndirilmiş iş rejimi iyulun 29-dək davam edəcək.

Səhiyyə Nazirliyindən bildirilib ki, festival davam etdiyi dövrdə, müəyyən olunan yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək. Həkimlərin festivalın keçiriləcəyi yerlərdə növbə çəkmələri iyunun 29-dək davam edəcək.

Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər.

Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəyi otellərdə, habelə insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bakı Nəqliyyat Agentliyi festivalın açılış və bağlanış mərasimləri zamanı daşımaları iki ekspres marşrut xətti ilə həyata keçirəcək.

Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspres xətləri üzrə 11500 sərnişinin daşınması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)

Festivalın keçiriləcəyi məkanlardan 12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq. Festivalla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına agentliyin 100 nəfərdən artıq əməkdaşı cəlb olunacaq.

Festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. 

Belə ki, İbrahimpaşa Dadaşov küçəsinin iyulun 19-dan 27-dək bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik olunub. 

İyulun 18-dən 28-dək isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70, H1 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik edilib. 

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutlarının hərəkət sxemi də dəyişib. 

Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. Avtobusların müvafiq texniki müayinədən keçirilməsi təmin olunub. 

"Bakı Metropoliteni"ndə də festivalla bağlı bütün müvafiq tədbirlər görülüb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR