Bir neçə dövlət əmlakı 'Azərsu'nun balansına verilərək onun nizamnamə kapitalına yönəldilib
"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən dövlət vəsaitləri hesabına inşa edilən və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən "Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera, “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 450 000 manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km u zunluğunda su şəbəkəsi ASC-nin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilib.
Qərarla həmçinin Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət