Slimfit
  1. DÜNYA

Bir milyon müsəlman uyğur Çinin gizli düşərgələrində həbsdə saxlanılır

Bir milyon müsəlman uyğur Çinin gizli düşərgələrində həbsdə saxlanılır
Sakura

Bir milyon müsəlman uyğur Çinin gizli düşərgələrində həbsdə saxlanılır

Qiymətləndirməyə əsasən, bir milyondan çox müsəlman uyğur Çinin qərbində “ekstremizmlə mübarizəyə mərkəzində” həbsdə saxlanılır, bunu BMT-nin ayrıseçkiliklə mübarizə üzrə komitəsinin vitse sədri etibarlı mənbəyə istinad edərək bildirib. 

Qey Makduqall BMT Komitəsinin irqi ayrı-seçkiliyi aradan qaldırmaq üçün Çinin son illərdəki isveçrə şəhəri Cenevrədəki rekordunu nəzərdən keçirərkən belə fikir bildirib. 

Üzvlər etnik uyğular və digər müsəlman azlıqların saxlanmasından, Sinzyan - Uyğur avtonom rayonunun gizli düşərgəyə - bir növ “hüquqsuz zona”ya çevrilməsindən “çox narahatdırlar” “- iki günlük iclasın əvvəlində Makduqall deyib.

Öz qeydlərində Makduqall deyib ki, bu insanlardan çoxu cinayətdə ittiham edilməli və ya məhkəmə qarşısına çıxmalı deyildilər.

Makduqall deyib ki, uyğur və digər müsəlman icmalarının üzvləri ancaq onların etnik dini identikliklərinə gprə “dövlərin düşmənləri” hesab olunurlar. 

O deyib ki, Misir və Türkiyədən oxuyub Çinə qayıdan 100 uyğur saxlanılb, bir neçəsi isə həbsdə vəfat edib. 

Makduqall həmçinin bildirib ki, Çin hökuməti müsəlman salamı, halal yemək və ya uzun saqqal istifadə etməyə görə insanları təqib edir. 

Komissiyanın üzvü Fatimə Binta Dah “bir milyon uyğurun kütləvi saxlanması”na əsaslanaraq çin nümayəndə heyətindən soruşdu: “Çində uyğurlar üçün inanc səviyyəsi necədir və öz dininə qulluq etməkdə onların hansı hüquqi müdafiəsi mövcuddur?

"Digər iki milyon isə siyasi və mədəni təlqin üçün qondarma təhsil düşərgələrinə göndərilmişdir", - o əlavə edib.

Çinin 50 rəsmisi heç bir şərh verməyib.

Mənbə: Əl-cəzirə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR