Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?
Sakura

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?

Çörək bəşəriyyətin ən dəyərli icadlarından biri sayılır. O da həqiqətdir ki, karbohidratlar bu gün həyatımızın ən zərərli məhsullarındandır. Pəhriz saxlayan insanların ondan imtina etməsi çox çətindir.

Publika.az bu yazıda oxucuları bir həftə ərzində çörəyi həyatından tamamilə çıxaran Cina Florio adlı qadının orqanizmində baş verən dəyişikliklərlə tanış edir:

Cina Florio adlı qadın çörəyi həyatından tamamilə çıxarmağa qərar verir və bir həftəlik sınaq prosesi ilə çörək pəhrizinə başlayır.

Gənc qadın pəhrizin ilk vaxtlarında xüsusilə səhər yeməyi ilə günorta saatları arasında kəskin aclıq hiss edib. O, çörəyin üstünə yaxdığı avokado əzməsini isə menyudan tamamilə çıxartmaq məcburiyyətində qalır.

Pəhrizin sonrakı günlərində idman edərkən və idmandan sonra da özünü çox yorğun hiss etdiyini dilə gətirən Cina, karbohidrat çatışmazlığı ucbatından bədəninin zəiflədiyini qeyd edib. Bu səbəbdən bazar günü qaçışlarını da təxirə salıb.

Cina bildirib ki, çörəyi menyudan çıxartsa da, əvəzində tez-tez şirniyyat yeyib. Beləliklə də daha çox kalori qəbul etməyə başlayıb.

Bir həftə sonra qadın qətiyyən arıqlamadığını, əksinə kökəldiyini görüb. Cinaya görə, arıqlaya bilməməsinin iki səbəbi var. Birincisi, pəhrizi yalnız bir həftə ərzində davam etdirə bilib, ikincisi isə, karbohidratı menyudan tamamilə çıxarda bilməyib. Çörəyi həyatından çıxarsa da, o, kartof və şirniyyat kimi karbonatlı məhsulları yeməyə davam edib.

Cina çörək pəhrizi təcrübəsilə bağlı bunları deyib:

“Təcrübənin sonunda anladım ki, çörəyi həyatımdan çıxarmağa dəyməz. Sözsüz ki, hər gün çörək yeməyi təbliğ etmirəm. Mənə müsbət təsir edən qida sizə zərər verə bilər. Amma yaxın zamanda çörəkdən imtina etməyi düşünmürəm. Dadı gözəldir, mənə enerji verir və bədənim hələ ondan ayrı yaşamağa hələ hazır deyil".

Aytən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR