Slimfit
  1. İDMAN

Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı

Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı
Sakura

Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.

"Qafqazinfo" xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulub.

Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrunda almaniyalı Elena Rixterlə qarşılaşacaq.

Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR