Slimfit
  1. CƏMİYYƏT

Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb

Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb
Sakura

Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində doqquz nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ens.az-ın məlumatına əsasən,bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan bir nəfər - Adil Aydın oğlu Rüstəmov (1996) göstərilən tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir”, - deyə məlumatda bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR