Slimfit
  1. CƏMİYYƏT

Binəqədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə cavab - RƏSMİ

Binəqədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə cavab - RƏSMİ
Sakura

Binəqədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə cavab - RƏSMİ

Binəqədi rayonunda yaşayan sakinlər ərazidəki zibillikdən şikayət edirlər.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev 63 F ünvanında çəkilib.

Sözügedən ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri yaxınlıqdakı zibilliyin təmizlənmədiyini deyirlər:

“Dəfələrlə bununla bağlı müraciət etsək də, zibilliyin ərazidən götürülməsi məsələsinə baxılmır. Ətraf ərazidə yaşayan sakinlər məişət, inşaat tullantılarını gətirib bura atırlar. Binanın ətrafı zibilliyi xatırladır”.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən redaksiyamıza verilən məlumata görə, sözügedən ərazidə təmizlik işləri aparılıb:

“Zibil tullantılarının atılması üçün nəzərdə tutulan meydança uzun illərdir ki, orada yerləşir. Ətraf ərazidə yaşayan sakinlərin istifadəsindədir. Mütəmadi olaraq ərazidə təmizlik işləri aparılır. Meydançanın sökülməsi məsələsi gündəmdə deyil. Hazırda ərazidə natəmizlik, məişət tullantıları yoxdur”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR