Binə və Sədərəkdə vergidən yayınmalarla bağlı tədbir görülür
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.
Onun sözlərinə görə, əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı:
“Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb ki, idxal-ixrac sahəsində şəffaflaşma təmin olunsun. Öz növbəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən müvafiq addımlar atılıb”.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda karqo şirkətləri sırf daşıma ilə məşğuldur və ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir:
“Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımadan öz mənfəətini əldə edirlər.
Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır. 2018-ci ilin beş ayı ərzində həm dövriyyələrin şəffaflaşmasında, həm də e-qaimələrlə rəsmiləşmənin artırılmasında müvafiq olaraq daxilolmalarda ciddi artımlar olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət