Slimfit
  1. CƏMİYYƏT

Binaların su anbarlarına nəzarət zəifdir - yüzlərlə sakinin həyatı təhlükədədir

Binaların su anbarlarına nəzarət zəifdir - yüzlərlə sakinin həyatı təhlükədədir
Sakura

Binaların su anbarlarına nəzarət zəifdir - yüzlərlə sakinin həyatı təhlükədədir

Yeni tikilən yaşayış binalarında yaşayan sakinlər həmin binaya aid xüsusi anbarlara doldurlan sudan istifadə edirlər. Ancaq həmin suyun keyfiyyəti isə sual doğurur: tikinti şirkətləri su anbarlarını vaxtı-vaxtında təmizləyirlərmi? Su anbarlarının təhlükəsizliyi necə qorunur? Əməkdaşlarımız bu mövzunu araşdırıblar.

Məlum olur ki, içməli su anbarının qapısı çox rahatlıqla açıla və içərisinə zəhərli maddələr atıla bilər. Odur ki, yüzlərlə sakinin həyatı təhlükədədir.

Xezerxeber.az-ın məlumatına görə, məsələn, paytaxtın Xətai rayonu Sadıqcan küçəsı 15 ünvanında yerləşən yaşayış binalarına içməli su natəmiz vəziyyətdə olan su anbarından verilir. Sakinlər iddia edir ki, uzun müddətdir burada yaşamalarına baxmayaraq, binanı tikən şirkət tərəfindən bir dəfə də olsun su anbarı təmizlənməyib.

Su anbarının qapısına vurulan qıfıl ilə görüntü xarakteri daşıyır. Çünki iİstənilən şəxs anbarın qapısını rahatlıqla aça və suyun içərisinə zəhərləyici maddə tökə bilər. Bununla yanaşı, su qapının üzəri çürük vəziyyətdə olduğundan anbarın içərisi görünür. Digər bir problem, su anbarının olduğu ərazinin futbol meydançasına çevrilməsi ilə bağlıdır. Sakinlər hər an uşaqların su anbarına düşəcəyindən də ehtiyat edirlər.

Pproblemlə bağlı yaşayış binalarını inşa edən tikinti şirkətinin icraçı direktoru Taleh Məmmədovla əlaqə saxladıq. Həmin şəxs ''Xəzər Xəbər''ə bildirdi ki, su anbarının içərisi iki il əvvəl təmizlənib. Digər problemlər isə yaxın günlərdə həllini tapacaq.

Araşdırma zamanı məlum oldu ki, su anbarların təhlükəsizliyi və təmizlənməsinə tikinti şirkətlərindən daha çox Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri nəzarət edir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə "Xəzər Xəbər"ə bildirdi ki, qanunla tikinti şirkətləri su anbarlarının təmizliyi üçün Mərəkəzə müraciət etməldirlər. Bundan sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə su anbarına baxış keçirilir. Bundan sonra ehtiyat su anbarınının təmizlənməsi və dezinfeksiya işləri aparılır.

"Azərsu"dan isə bildirildi ki, tikinti şirkətləri tərəfindən su anbarlarının təmizlənməməsi ilə bağlı sakinlər tərəfindən şikayətlər daxil olur. Qurum tərəfindən həmin su anbarlarının təmizlənməsi ilə bağlı tikinti şirkətlərinə bildirişlər göndərilməsinə baxmayarq bir çox şirkətlər buna əməl etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR