Slimfit
  1. DÜNYA

Bill Geytsin ən çox bəyəndiyi kitab

Bill Geytsin ən çox bəyəndiyi kitab
Sakura

Bill Geytsin ən çox bəyəndiyi kitab

“Microsoft” korporasiyasının həmtəsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts oxuduğu ən son kitablardan hansının daha çox xoşuna gəldiyini açıqlayıb.

CNBC xəbər verir ki, milyarder həftədə bir kitab oxuyur. B.Geytsin bu yay ən çox xoşuna gələn kitab “Eskiz: yaxşı cəmiyyətin təkamül mənbələri” (Blueprint: The Evolutionary Origins of a Good Society) olub.

Kitabın müəllifi sosioloq Nikolas Kristakisdir. O, kitabda bildirir ki, təkamül sayəsində insanlarda möhkəmlənmiş “yaxşı” keyfiyyətlər müasir cəmiyyətin yaranmasına gətirib çıxarıb.

B.Geytsin zənnincə, kitab nikbin əhval-ruhiyyədə yazılıb və asan oxunur. O, Stiven Pinkerin “İnsan təbiətinin xeyirxah mələkləri” (The Better Angels of Our Nature) adlı kitabını da oxumağı tövsiyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR