Slimfit
  1. AZƏRBAYCAN

Bilik Fondunun növbəti maarifləndirici tədbiri Cəlilabadda keçirilib

Bilik Fondunun növbəti maarifləndirici tədbiri Cəlilabadda keçirilib
Sakura

Bilik Fondunun növbəti maarifləndirici tədbiri Cəlilabadda keçirilib

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərlərinin təbliği və radikal dini cərəyanlarla mübarizə” mövzusunda konfrans keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dilarə Əliyeva milli mənəvi dəyərlərin təbliği ilə bağlı fondun və DQİDK-nın birgə gerçəkləşdirdikləri maarifəndirici layihələrdən söz açıb, müxtəlif mövzularda mühazirələrin mütəmadi təşkil olunduğunu söyləyib. O, bu cür tədbirlərin sistemli keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

“Radikal dini cərəyanlarla mübarizə hüquqi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli mənəvi dəyərlərin hər bir xalqın milli kimliyinin müəyyənləşdirilməsində əsas meyarlardan biri olduğunu qeyd edib, islami dəyərləri milli mənəvi dəyərlərin tərkib hissəsi kimi dəyərləndirib. O, daha sonra milli mənəvi dəyərlərin konstitusion-hüquqi əsaslarından söz açıb. Bildirilib ki, qloballaşma şəraitində bu dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

İ.Vəliyev “Dini ekstremizimlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəaları ilə bağlı şərhlər verib.

Sonra DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Cahandar Əlifzadə “Dini radikalizm və islami dəyərlər” mövzusunda çıxış edib. İslamın barışıq, qardaşlıq dini olduğundan bəhs edən şöbə müdiri bu dinin müasir dünya elminə əsaslı töhfələr verdiyini vurğulayıb və müasir dövrdə İslam pərdəsi altında fəaliyyət göstərməyə çalışan radikal qrupların islami dəyərlərlə heç bir əlaqəsi olmadığını konkret faktlarla diqqətə çatdırıb.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, rayon Ağsaqqallar Şurasının üzvü Hacıağa Heydərov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzinin şöbə müdiri Ziya İsmayılov və başqaları müxtəlif təkliflərlə çıxış edib, yerli əhalini aktual mövzuda maarifləndirən təşkilatçı qurumlara təşəkkürlərini bildiriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR