Slimfit
  1. CƏMİYYƏT

Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? - RƏSMİ AÇIQLAMA

Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? - RƏSMİ AÇIQLAMA
Sakura

Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? - RƏSMİ AÇIQLAMA

Bakının Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqdakı təxminən 500 illik qəbirlər abidə kimi qeydiyyata alınıb.

Ens.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qəbiristanlıq tarixi abidə kimi qeydiyyatdadır:

 

“Bilgəh qəsəbəsində yerləşən “Köhnə qəbiristanlıq” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına arxeoloji abidə kimi salınıb”.

Xatırladaq ki, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda təxminən 500 il əvvəl tikilmiş 50-yə yaxın qəbirin olması ilə bağlı məlumat vermişdik. Daha ətraflı buradan oxuya bilərsiniz.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR