Slimfit
  1. CƏMİYYƏT

Biləsuvarda ən böyük məktəbin inşasına başlanıldı

Biləsuvarda ən böyük məktəbin inşasına başlanıldı
Sakura

Biləsuvarda ən böyük məktəbin inşasına başlanıldı

Biləsuvar rayonunun Bəydili kəndində orta məktəb binasının inşasına başlanılıb.

Ens.az report-a istinadən xəbər verir ki, təhsil müəssisəsi 3 mərtəbəli və 7 korpuslu olacaq.

650 yerlik akt zalı, 460 yerlik yeməkxanası və 72 sinif otağı olacaq məktəb binası 1400 şagird yerlikdir.

Həmçinin məktəbin iki bağlı və açıq meydançaları hazırlanacaq.

Qeyd edək ki, şəhid Rüfət Mikayılovun adını daşıyan 700 yerlik Bəydili kənd tam orta məktəbinin əvvəlki binası qəzalı vəziyyətə düşmüşdü. Həmin bina 1985-ci ildən istimarda olub.

Hazırda Bəydili kəndində inşası aparılan təhsil müəssisəsi rayonun ən böyük orta məkəbi olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR