Slimfit
  1. CƏMİYYƏT

Biləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb

Biləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb
Sakura

Biləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Tələbə könüllülərlə birgə COVID-19 pandemiyasına qarşı mübarizənin təşkili” layihəsi çərçivəsində Biləsuvarda və Lənkəranda 11 aztəminatlı ailəyə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlər paylanılıb.

Ens.az xəbər verirki,İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində pandemiyadan əziyyət çəkmiş və sosial cəhətdən dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımlarının verilməsi Biləsuvar rayon poçt filialı vasitəsilə həyata keçirilib. Aidiyyəti dövlət qurumları və vətəndaş müraciətləri əsasında tərtib olunmuş siyahı üzrə hər bir ailənin yaşadığı ünvanlar araşdırılıb və yekun siyahı hazırlanıb. Yardımlar daha çox ehtiyacı olan ailələrə göndərilib. Eyni zamanda, layihəyə cəlb edilmiş 10 nəfər tələbə könüllü tərəfindən ictimai yerlərdə əhaliyə COVID-19 xəstəliyindən qorunmaq üçün bir həftə ərzində tibbi maska və gigiyenik spirtlər paylanıb.

Layihə COVID-19 ilə mübarizədə aztəminatlı şəxslərə dəstək olmaqla tələbələr arasında könüllülük fəaliyyətini təbliğ etmək, bu sahənin əhatə dairəsini genişləndirmək məqsədilə reallaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR