Dərc edildi: Baxış sayı: 800
Bijuteriyaların insan orqanizminə zərəri
Yay aylarında qadınların ən çox istifadə etdikləri əşyalardan biri də aksessuarlardır. Daim rəngarəngliyi sevən xanımlar qızıl və ya gümüş bijuteriyalarla yanaşı, rəngli aksessuarlardan istifadə etməyi də çox sevirlər. Bəs imitasiya adlandırlan bu bijuteriyalar dəriyə nə dərəcədə ziyan ola bilər?
Bu barədə Xeberle.com-a açıqlama verən dermotoloq-kosmetoloq Esmira Babayeva bildirdi ki, allergik-dermatiti olan xanımlar üçün bijuteriyadan istifadə zərərlidir: " Allergiyası olan xanımlar imitasiya bijuteriyalardan istifadə etdikləri zaman həmin nahiyədə qızartılar (kontakt allergik-dermatit) əmələ gəlir. Daha sonra isə ikincili infeksiyalaşma yaranır. Bu, hətta bütün bədənə yayıla bilər. Amma şəxsin allergiyası yoxdursa və dərisi qəbul edirsə, imitasiya aksessuarların heç bir problemi yoxdur. Əgər bijuteriya dəridə qızartılar yaradırsa, ilk olaraq onu taxmaqdan imtina edilməli və həkimə müraciət olunmalıdır. Müalicə edildikdən sonra da həmin aksessuarlardan istifadə edilməməsi məsləhətdir. Elə şəxslər var ki, onlara qızıl (qarışığı olan) və ya gümüş aksessuarlardan istifadə allergiyanın yaranmasına səbəb olur. Ona görə də, yaxşı olardı ki, həkimə müraciət edilsin və hansı metala qarşı allergiya yarandığı müəyyənləşdirilsin”.
Elnarə Salamova
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət