Dərc edildi: Baxış sayı: 646
Biabırçı hesabla uduzdular — Belə üzr istədilər
Futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatında maraqlı hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Tayland millisini 13:0 hesabı ilə darmadağın edib.
Biabırçı məğlubiyyətdən sonra Tayland millisinin üzvləri tribunaya yaxınlaşaraq azarkeşlərdən üzr istəyiblər. Onlar fanatların qarşısında baş əyiblər.
Qeyd edək ki, taylandlı qadın futbolçular qrupda ikinci matçını İsveç millisinə qarşı keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət