Dərc edildi: Baxış sayı: 353
Bəzi ölkələrdə COVID-19-a yoluxma və ölüm hallarının sayı artır - ÜST
Dünyada koronavirusun yayılma hallarının ümumi azalması fonunda bəzi ölkələrdə koronavirusa yoluxma, bununla bağlı xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı artır.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenvrədə brifinq zamanı deyib.
Onun sözlərinə görə, COVID qlobal sağlamlıq təhlükəsi olaraq qalır.
"ÜST-ə bildirilən məlumatlara əsasən, yoluxma halların sayı azalmaqda davam etsə də, bəzi ölkələrdə xəstəxanaya, reanimasiya şöbələrinə yerləşdirmə və ölüm hallarının artdığını müşahidə edirik", - deyə o bildirib.
Qebreyesus qeyd edib ki, ÜST bütün ölkələri EG.5 və BA.2.86 kimi yeni variantların yayılma riskinin qiymətləndirilə bilməsi üçün nəzarəti və hesabatlılığı gücləndirməyə çağırmaqda davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət