Slimfit
  1. DÜNYA

Bəzi dövlətlər tropik xəstəliklərlə mübarizəyə 777 milyon dollar ayırmağı vəd edib

Bəzi dövlətlər tropik xəstəliklərlə mübarizəyə 777 milyon dollar ayırmağı vəd edib
Sakura

Bəzi dövlətlər tropik xəstəliklərlə mübarizəyə 777 milyon dollar ayırmağı vəd edib

Birləşmiş Ərəb Əmirlikləri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyasında iştirak edən bəzi xeyriyyə təşkilatları diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üçün 777 milyon dollar ayırmağı vəd ediblər.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,COP28 çərçivəsində keçirilən tematik Sağlamlıq Gününün açılışında Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq əməkdaşlıq naziri Rim bint İbrahim əl-Haşimi Afrika qitəsinin tropik xəstəliklərdən əziyyət çəkən insanlarına dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəlmiş təşəbbüsün başladığını açıqlayıb.

BƏƏ təşəbbüsün həyata keçirilməsi üçün milli xeyriyyə fondundan 100 milyon dollar ayıracaq. Belçika, Almaniya, ABŞ, eləcə də bəzi qeyri-hökumət təşkilatları, o cümlədən Bill və Melinda Qeyts Xeyriyyə Fondu təşəbbüsə qoşulub. Bundan əlavə, təşəbbüsün bir hissəsi kimi Dünya Bankı inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərini dəstəkləməyə kömək edəcək maliyyə mexanizmlərinin hazırlanması proqramına start verəcək.

Unudulan tropik xəstəliklər ilk növbədə Asiya, Afrika və Latın Amerikasının ən az inkişaf etmiş bölgələrindəki ən yoxsul insanlara təsir edən 20 müxtəlif patologiyadan ibarət qrupdur. Onlar viruslar, bakteriyalar, parazitlər, göbələklər və toksinlər də daxil olmaqla bir sıra patogenlər tərəfindən törədilir.

Bu xəstəliklər 1 milyarddan çox insanın sağlamlığına, sosial və iqtisadi rifahına ciddi təsir edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR