Slimfit
  1. İQTİSADİYYAT

Bəzi beynəlxalq aviaşirkətlər Azərbaycan və Gürcüstanın hava məkanından fəal istifadə etməyə başlayıb

Bəzi beynəlxalq aviaşirkətlər Azərbaycan və Gürcüstanın hava məkanından fəal istifadə etməyə başlayıb
Sakura

Bəzi beynəlxalq aviaşirkətlər Azərbaycan və Gürcüstanın hava məkanından fəal istifadə etməyə başlayıb

Bəzi beynəlxalq aviaşirkətlər İran əvəzinə Azərbaycan və Gürcüstanın hava məkanından istifadə etməyə başlayıb.

Report” xəbər verir ki, bu barədə “FlightRadar24” saytı məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan və Türkmənistan üzərindən keçən hava dəhlizi yanvarın 9-da səhər saatlarında daha çox yüklənmiş olub. Belə ki, bir çox aviaşirkətlər İraq və İranın hava məkanından artıq istifadə etmirlər.

Saytda yerləşdirilən xəritədən məlum olur ki, təyyarələr Avropa istiqamətinə uçuşlar zamanı Gürcüstanın hava məkanından fəal istifadə edirlər.

Qeyd edək ki, “Lufthansa”, “Air France”, “Singapore Airlines” və “Qantas Airways” kimi iri beynəlxalq aviaşirkətlər Yaxın Şərqdəki vəziyyətin gərginləşməsinə görə bu bölgənin hava məkanından istifadədən imtina ediblər.

Bununla yanaşı, ötən gün “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarə Tehranda qəzaya uğrayıb və nəticədə 176 nəfər həlak olub. Qəzanın dəqiq səbəbləri hələ məlum deyil. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR