Slimfit
  1. MARAQLI

Bəzək əşyaları haqda maraqlı faktlar

Bəzək əşyaları haqda maraqlı faktlar
Sakura

Bəzək əşyaları haqda maraqlı faktlar

Razılaşın ki, zərgərlik məmulatlarına hər bir qadın məftun olur və onların hər biri məhz, belə hədiyyəyə üstünlük verir. Bəs qadınlar daha çox hansı bəzək əşyalarını sevir? İlk baxışda bunda anlaşılmaz və ya sirli heç nə yoxdur, lakin elə nüanslar var ki, onlardan çoxları xəbərsizdir.
Gencaile.az” bu mövzuda maraqlı faktları təqdim edir.

İlk dəfə dişləri kim bəzəyib?

Dişlərə qiymətli daşların qoyulması bizə qədim hindu tayfalarından gəlib çatıb. Mayya qəbiləsindən olan hindular dişləri oyaraq, ora tapdıqları daş-qaşları yerləşdiriblər.

 “Qrivna” sözünün qeyri-adi təşəkkülü

Sən demə, Ukrayna valyutasının adı qədim qadın bəzək əşyasından götürülüb. Qrivna nal və yaxud çənbər formasında qızıl və ya gümüşdən hazırlanmış boyunbağı olub. Bəzək əşyasını boyunda gəzdiriblər ki, qədim ukrayna dilində buna “na zaqrivke” deyilib.

Mavi kəhrəba

Dominikan respublikası, Nikaraqua və Meksikada mavi rəngdə kəhrəba çıxarılır, hansı ki, bu qiymətli daş digərlərindən fərqli olaraq qaranlıqda da işıq verir.

Niderlandda gözə də pirsinq taxmaq mümkündür

Gözə pirsinq taxmaq dəbi ilk dəfə 2002-ci ildə Niderlandda yaranıb. Xüsusi əməliyyat nəticəsində göz almacığına ürək, ulduz və ya digər formada qiymətli metaldan pirsinq yerləşdirilir. Bu ekzotik bəzək əşyası 750 avroya başa gəlir.

Qadınlar bəzək əşyalarının köməyi ilə sakitləşə bilirlər

Elmi şəkildə sübut edilib ki, zərgərlik məmulatları ilə bağlı alış-veriş qadınlara sakitlik, sevinc və harmoniya bəxş edir. Psixoloqlar hətta depressiya, pis əhvali-ruhiyyə və əsəbi vəziyyətdən çıxmaq üçün maraqlı məşq tövsiyə edirlər: bütün bəzək əşyalarını yataq üzərinə səpib, bir neçə dəqiqə parlaq işıq altında onların bərq vuran parıltısından həzz almaq, sonra bir neçəsini üstünüzə taxıb baxdıqdan sonra, yenidən səliqə ilə qutusuna qoymaq lazımdır. Bu məşğələ həmçinin düşüncələrin cəmləşməsinə, ruhun və bədənin harmoniyaya qovuşmasına yardım edir.

Dünyanın ən bahalı çiyələyi

1,4 milyon dəyərində çiyələyi siz Yeni Orleandakı Arnauds restoranında dada bilərsiniz. Çiyələk bu müəssisədə zərif kremlə birlikdə, təzə nanə yarpaqları və beş karatlıq çəhrayı brilyantla bəzədilmiş şəkildə verilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR