Dərc edildi: Baxış sayı: 1284
Livanın paytaxtını hökumət əleyhinə mitinqlər bürüyüb
Ens.az bildirir ki, Livanın paytaxtı Beyrutda avqustun 4-də şəhər limanında baş vermiş partlayışda yüzdən çox binaya ziyan dəymiş, 154 nəfər həlak olmuş, 5minə yaxın insan yaralanmış, daha 60 nəfər isə itkin düşmüşdür.
Bu gün isə Livanın paytaxtını hökumət əleyhinə mitinqlər bürüyüb. Minlərlə insan limanda dağıdıcı partlayışdan sonra hökumətin istefasını tələb edir. Yerli KİV –in məlumatına əsasən, etirazçılar ölkə Xarici İşlər Nazirliyinin binasını ələ keçirib.
Livan Qırmızı Kaç Komitəsi bildirib ki, kütləvi toqquşmalar zamanı artıq demək olar ki, 60 insan zərər çəkib, onlardan 44-nə yerində təcili tibbi yardım göstərilib.
Mənbə: inforeactor.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət