Slimfit
  1. MARAQLI

Beynin yaşlanması prosesini dayandırmaq mümkün olacaq

Beynin yaşlanması prosesini dayandırmaq mümkün olacaq
Sakura

Mütəxəssislər bu kəşfin altsheymer və digər bənzər xəstəliklərin müalicəsində effektiv olacağını hesab…

ABŞ-ın Meyo klinikasının alimləri beynin qocalma prosesini dayandırmağa müvəffəq olublar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, beyin hüceyrələri bədəndə olduqları müddətdə iltihablanır və neyronların kütləvi ölümünə səbəb olur. Bütün bunlar demensiyaya gətirib çıxarır.

Təcrübə yaşlı və genetik cəhətdən modifikasiya olunmuş siçanlar üzərində aparılıb. Bu gəmiricilərdə əsəb tellərini xatırladan tau–zülalları yığılır. Bu zülallar isə altsheymer xəstəliyi zamanı əmələ gəlir.

 

Yaşlı CNS hüceyrələri iki növə aiddir — mikroqliya (zədələnmiş neyronları məhv edən immun hüceyrələr) və astrosit (neyronları dəstəkləyir və sinir toxumalarının böyüməsinə məsul olur). Alimlər siçanlardan yaşlanmış hüceyrələri çıxarmaqla onların ömrünü uzadıb. Bu zaman tau–zülallar sıfıra düşüb.

Mütəxəssislər bu kəşfin altsheymer və digər bənzər xəstəliklərin müalicəsində effektiv olacağını hesab edir.

"Əgər bu maddələrin sintez prosesi dayandırılsa, demensiya (yaşlanma əqli zəifliyi) yaranmasına səbəb olmayacaq. Çünki sinir hüceyrələrinin kütləvi şəkildə məhvi dayanacaq" – deyə bildirilib.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR