Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Beynimin içində biri var, ancaq o, mən deyiləm

Beynimin içində biri var, ancaq o, mən deyiləm
Sakura

Beynimin içində biri var, ancaq o, mən deyiləm.

Hüquq sisteminə görə insanlar mühakimə yürütmə qabiliyyətinə malik varlıqlardır. Şüurlu düşünür, öz qərarlarımızı özümüz veririk. Bu səbəbdən hüquqi mühakimə prosesində hakim təkcə cinayət xarakterli əməli əsas götürməməli, beynin cinayətkar olduğuna da sübüt gətirilməlidir.

Və nə qədər ki ağlın bədənə nəzarət etməsinə heç bir maneə yoxdur, insan bütün davranışlarına görə cavabdehdir. Bu yanaşma həm intuitiv, həm də ciddi şəkildə problemli olduğu kimi, biologiya ilə hüquq arasında davam edən gərginliyin də mənbəyidir. İnsanın kimliyi geniş və mürəkkəb neyronlar şəbəkələrdə müəyyən edilmişdir. Masanın qarşısında dünyanı əhatə etməyə hazır olan və azad iradəsi ilə qərar verən ağ kağız kimi oturmamışıq. Hətta şüurlu sizin (genetik sizə və neyronal sizə tərəf müqabilli olaraq) hər hansı bir qərarın verilməsində nə səviyyədə iştirak etməsi belə aydın deyildir. Beləcə, məsələnin düyün nöqtəsinə çatmış oluruq. Azad və iradi seçimin mövcudluğu sual doğurursa, insanları fərqli davranışlarına görə necə günahkar saymaq olar ?

Yoxsa bütün bunlara baxmayaraq, insanlar davranışları ilə bağlı seçim imkanına malikdir? Sizi meydana gətirən bu qədər mexanizm və çarxların müqabilində, qərarlarınıza yön verən, sizə daima yol göstərən, fiziologiyanızla əlaqəsi olmayan qeyri-müəyyən daxili səs eşidirsiniz, yoxsa? Və bu da azad iradə deyilmi ?

Hüquqşunas: Sərxan Sadıxov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR