Slimfit
  1. PSİXOLOGİYA

Beyni yaşlanmaqdan qorumağın ən yaxşı 6 üsulu

Beyni yaşlanmaqdan qorumağın ən yaxşı 6 üsulu
Sakura

Yaşlanma həm bədənə, həm də yaddaş və beynin fəaliyyətinə də mənfi təsir edir.

1. Bacarıqlarınıza güvənin

Bir otağa tərəf gedib içəri girdikdə niyə getdiyinizi unutduğunuz olur? Yaş artdıqca yaddaşın da zəifləməyə başladığını düşünürük. Amma bu sadəcə yaşlıların deyil, gənclərin də başına gələ bilər.

Mütəxəssislər heç bir problem olmasa da yaş artdıqca zehni qabiliyyətlərimizlə bağlı güvənsizlik yarandığını deyirlər. Bunun nəticəsi olaraq köməyə ehtiyac duyur, maşınımızın naviqasiya sisteminə, telefonumuzun xəbərdarlıq sisteminə müraciət edirik. Əgər qapıda durub ora niyə getdiyimizi xatırlamağa çalışırıqsa deməli yaddaşımızı gücləndirməyə ehtiyac var.

2. Qulaqlarınızı qoruyun

Duyğu orqanlarımızdan təcrid olmaq beyinə mənfi təsir edir. Məsələn, eşitmə hissini itirmək beyni lazımi bir prosesdən məhrum etdiyi və diqqət məsələsində əlavə yük yaratdığı üçün beyindəki boz toxumanın itkisinə səbəb olur. Araşdırmalara görə eşitmə duyğusunun itməsi 6 il müddətində hissiyatın azalma riski yüzdə 24 artır.

Yaş neçə olur-olsun eşitmə bacarığına mənfi təsir edə biləcək faktorlara diqqət etmək lazımdır. Gündə sadəcə 15 saniyə yüksək səsli rock musiqisi eşitməni zədələməyə bəs edir. Eyni şəkildə gündə 15 dəqiqə saç quruducusundan istifadə etmək də səsləri qəbul edən hücreyrələrə zərər verir. Eşitmə probleminiz olduğunuzu düşünürsünüzsə dərhal həkimə müraciət etmək lazımdır.

3. Dil öyrənmə ya da hansısa musiqi alətində çalmaq!

Zehni gücləndirmək üçün  beyin gimnastikası proqramları və tapmacaların xeyri çoxdur, amma xarici bir dil ya da yeni bir musiqi alətini öyrənmək beyni daha çox inkişaf etdirir. Notları və sözləri öyrənərkən yaddaş məşqi, diqqət və bir çox bacarıq lazım olur.

Bir araşdırmada musiqiçilərdə ağlını itirmə (demans) ehtimalının hər hansı bir musiqi aləti çalmayan insana nisbətdə yüzdə 60 daha az olduğu görülüb. Başqa bir araşdırma isə xarici dildə danışmağın Alzheimer xəstəliyini beş il ertələdiyini göstərir.

Özünüzü bu formada yormaq ən azından mövcud bacarıqlarınızı daha yaxşı görməyinizə səbəb olacaq. Əgər gördüyünüz iş bu cür şeylərə başlamağınıza izn verməyəcək qədər gərgin və intensivdirsə yenə də şanslısınız; çünki xəbərdarlıq və diqqət lazım olan işlər beynin gücünü qorumağa kömək edir.

4. Tez-bazar yeməklərdən qaçın!

Köklük beynə çox zərər verir.  Damarlarda xolesterol yığılarkən beyinə qan çatmır və beynin yaxşı işləməsi üçün lazım olan qida və oksigendən məhrum edir. Hətta sinir hüceyrələri insulin hormonu səviyyəsinə qarşı həddindən artıq həssasdır. Şəkərli və yüksək kalorili qidalar insulin siqnalları kəsintiyə uğrayır və beyində zərərli maddələrin yığılmasına səbəb

Omega 3 kimi yaş asidləri, D və B12 vitaminlərinin yaş artımı ilə bağlı beyin zədələrini azaltmaq kimi təsiri var.

5. İdman edin

Əslində beyinlə bədən arasında seçim etmək düzgün deyil. Beyni qorumağın ən təsirli üsullarından biri də fiziki fəaliyyətlə bədəni gücləndirməkdir. Beləcə beyinə qan axımı artacaq və sinir hüceyrələri arasındakı əlaqələri təmin edən proteinlər hərəkətə keçəcək.

Gəzmək və aerobika kimi yüngül məşqlərdən ağırlıq qaldırmağa kimi hər cür fiziki fəaliyyət yaşdan asılı olmayaraq faydalıdır.

6. Sosiallaşın

Beyni qorumağın ən yaxşı üsullarından biri də sosiallaşmaqdır. İnsanlar sosial varlıqlardır. Dostlarımız, qohumlarımız yeni təcrübələr qazanmağımıza, stressdən və kədərdən xilas olmağımıza kömək edirlər. 70 yaşında olanlarla 12 il müddətində aparılan bir araşdırmada, sosial olaraq daha aktiv olan insanlarda qavramanın azalması ehtimalının yüzdə 70 nisbətində düşdüyü görülür. Başqa insanlarla davamlı şəkildə əlaqədə olmaq yaddaşı və diqqəti qoruduğu kimi zehni işlərin də daha tez görülməsini təmin edir.

Qısacası sağlam qidalanma, fiziki fəaliyyət və yaxşı bir dost əhatəsi sağlam və xoşbəxt bir həyat keçimənin sirri olduğu qədər beyin gücünü qorumaq üçün də vacibdir.

 

Mənbə: Barama Media

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR