Slimfit
  1. DÜNYA

Beyni burnunda yerləşən uşaq doğulub

Beyni burnunda yerləşən uşaq doğulub
Sakura

Beyni burnunda yerləşən uşaq doğulub

Müayinə zamanı məlum olub ki, uşaqda entsefalotsele – anadangəlmə kəllə və beyin inkişafı çatışmazlığı var

Pakistanda dünyaya gələn uşaq beyin yırtığından əziyyət çəkir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaq burnunda şiş ilə dünyaya gəlib. Zaman keçdikcə həmin şiş böyüməyə başlayıb. Müayinə zamanı məlum olub ki, uşaqda entsefalotsele – anadangəlmə kəllə və beyin inkişafı çatışmazlığı var. Bu xəstəlik zamanı beyin maddəsinin bir hissəsi kəllə sümüyündən kənara çıxır

Həkim Paza Xarun bildirib ki, hazırda analizlərin cavabını gözləyirlər: “Ondan sonra uşağa necə tibbi yardım göstərəcəyimiz haqda düşünəcəyik. Analizlərin cavabı müsbət olarsa, biz onu əməliyyat edəcəyik”.

Valideynlər bildirib ki, həkim müayinələrinə çox miqdarda pul xərcləsələr də, nəticə olmayıb. Onlar bütün vəsaitlərini buna sərf ediblər.

Uşağın anası bildirib ki, burunun üstündə olan şiş uşağa əziyyət verir və o, burnunda şiş olduğu üçün ətrafı yaxşı görə bilmir.

Həkimlər hazırda uşağı tibbi müayinələrdən keçirirlər.






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR