Beynəlxalq uçuş reyslərinin əsas məqsədi açıqlandı
“Beynəlxalq uçuş reyslərinin keçirilməsi xaricdə olan vətəndaşlarımızın zəruri vəziyyətləri ilə bağlıdır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, vətəndaşlarımızın ölkəyə gətirilməsi mütləq şəkildə tənzimlənir:
“Türkiyədə, digər Avropa ölkələrində yaşayan həmvətənlərimiz var ki, onların da ölkəmizə gəlmək haqqı var. Onların valideynləri, ailələri narahatdırlar. Xüsusilə tələbələrdən söhbət gedir.
Məhz bu səbəbdən məhdud sayda və karantin rejimi çərçivəsində tərtib edilən qaydalara uyğun olaraq, beynəlxalq uçuş reyslərinin həyata keçirilməsi təmin edilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət