Slimfit
  1. İQTİSADİYYAT

Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərindən narahatdır

Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərindən narahatdır
Sakura

Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərindən narahatdır

Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Ticarət Təşkilatı (DTT) ticarətdəki artan məhdudiyyətlər üzündən ərzaq və tibbi ləvazimat tədarükündəki fasilələrdən narahatlıq ifadə ediblər.

Report” xəbər verir ki, bu barədə hər iki təşkilatın birgə açıqlamasında bildirilir.

“Biz virusun məhv edilməsi, iş yerlərinin bərpası, iqtisadi artımın daha da dirçəlməsi baxımdan sərbəst ticarət siyasətinin əhəmiyyətinə daha böyük diqqət yetirməyə çağırırıq”, - bəyanatda qeyd olunur.

Həmçinin bir çox ölkələrdə koronavirusa qarşı mübarizə üçün zəruri dava-dərman, ləvazimat və avadanlığın ixracına qadağa qoyulduğu, halbuki belə məhsulların bir çox insan həyatını xilas etmək üçün böyük əhəmiyyət daşıdığı da qeyd edilib: “İxracatla bağlı qadağalar cəm halında təhlükəli nəticələrə gətirib çıxara bilər. Ayrıca götürdüyümüz fövqəladə vəziyyətdə səmərəli görülən tədbir qlobal böhran zamanı ağır zərər yetirə bilər. Bu kimi addımlar tədarük zəncirlərini pozaraq istehsalatın səngiməsinə səbəb olur, mühüm məhsulları və işçi ehtiyatlarını yanlış məcraya yönəldir”.

Bununla yanaşı, beynəlxalq ticarət əlaqələri genişləndirmədən zəruri avadanlığı istehsal etməyin mümkün olmadığı da diqqətə çatdırılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR