Slimfit
  1. SİYASƏT

Beynəlxalq təşkilat: "Ermənistan mina istehsal edən ölkədir"

Beynəlxalq təşkilat: "Ermənistan mina istehsal edən ölkədir"
Sakura

Beynəlxalq təşkilat: "Ermənistan mina istehsal edən ölkədir"

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ermənistanın mina istehsal edən ölkə olduğunu qeydə alıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, beynəlxalq təşkilatın hazırladığı "Landmine Monitor Report 2023" layihəsində əksini tapıb.

Bildirilib ki, əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enmişdi, ancaq Emənistanın da mina istehsalçısı olduğu nəzərə alınmaqla 12 ölkənin mina istehsal etdiyi müəyyənləşib.

Qeyd olunub ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb: "Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq Ermənistanla sülh müqaviləsinin olmaması, ətrafında olan ölkələrin heç birinin bu Konvensiyaya üzv olmaması və hazırda regionda yaranmış vəziyyət səbəbindən bu Konvensiyaya qoşula bilməyib. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını həyata keçirməyib. Buna baxmayaraq, Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR