Dərc edildi: Baxış sayı: 453
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Şəmkirə gəlib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi DvorkoviçŞəmkir şəhərinə gəlib.
“Report” xəbər verir ki, 47 yaşlı rusiyalı funksionerin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir. A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.
FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov(Azərbaycan) görüşündə ilk gedişi edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət