Slimfit
  1. AZƏRBAYCAN

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin hüquq üzrə məsləhətçisi Naxçıvan Dövlət Universitetində olub

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin hüquq üzrə məsləhətçisi Naxçıvan Dövlət Universitetində olub
Sakura

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin hüquq üzrə məsləhətçisi Naxçıvan Dövlət…

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetində (NDU) komitənin fəaliyyəti və iş prinsipləri haqda mühazirə söyləyib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iki gün davam edən mühazirələrdə tələbələrə dünyanın 80-dən çox ölkəsində humanitar məqsədlə fəaliyyət göstərən təşkilat haqda məlumat verilib.

Qeyd edilib ki, baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən hərəkat Beynəlxalq Qızıl Xaç Komitəsi, 190 Qızıl Xaç və Qızıl Aypara (QXQA) Cəmiyyətindən və QXQA Cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyaları və beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı əsasında fəaliyyət göstərir, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır. Hərəkatın missiyası harada olmasından asılı olmayaraq, xüsusilə də silahlı münaqişə və digər fəlakətlər zamanı, insan əziyyətlərinin qarşısını almaq və azaltmaq, həyat və sağlamlığı qorumaq və insana hörməti təmin etməkdir. Mühazirənin ilk günündə əsas diqqət komitənin Azərbaycandakı fəaliyyətinə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığına həsr olunub.

Mühazirənin ikinci günündə beynəlxalq humanitar hüquq barədə danışılıb. Bildirilib ki, məqsədi silahlı münaqişənin təsirini azaltmaq olan qaydalar toplusundan ibarət humanitar hüquq müharibə zamanı insanların təhlükəsizlik və ləyaqətinin qorunmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətin sərəncamında olan ən güclü vasitələrdən biridir. O, hətta müharibədə də məhdudiyyətlərin olması prinsipini rəhbər tutaraq humanistliyi saxlamağa çalışır. Jalə Əzizova beynəlxalq hüququn vacibliyindən, rolundan və nə zaman tətbiq olunduğundan danışıb.

Qarşılıqlı fikir mübadiləsi şəklində təşkil edilən mühazirələrdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Sonra “Müharibə qanunları” qısametrajlı film nümayiş olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR