Slimfit
  1. HƏRB

Beynəlxalq Qızıl Xaç Komitəsi müharibədə həlak olmuş hərbçilərin cəsədlərinin təhvilinə dəstək göstərib

Beynəlxalq Qızıl Xaç Komitəsi müharibədə həlak olmuş hərbçilərin cəsədlərinin təhvilinə dəstək göstərib
Sakura

Beynəlxalq Qızıl Xaç Komitəsi müharibədə həlak olmuş hərbçilərin cəsədlərinin təhvilinə dəstək göstərib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərib.

Bununla bağlı komitə məlumat yayıb.

Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirilib. BQXK bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.

Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verilib. Yaşlı kişinin isə sağlamlıq durumu hələlik səyahət etməsinə imkan vermir.

“BQXK özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin, ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olur” -deyə Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirir.

"Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin həyatlarına davam edə bilməsi üçün həlak olmuş şəxslərin dəfni zəruridir”.

Cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilmişdir. 

Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərmişdir. BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR