Beynəlxalq Keramika Simpoziumu başa çatıb
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunan “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu başa çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin kuratoru Mir Teymur Məmmədov və simpoziumun türkiyəli iştirakçısı Serap Ünel çıxış ediblər.
Rəsmi hissədən sonra 15 ölkədən 25 iştirakçı sertifikatlarla təltif olunub.
Sonda “Yanar heykəl” keramika şousu təqdim olunub.
“ABAD” publik hüquqi şəxsin təşəbbüsü ilə 20 may - 2 iyun tarixində təşkil olunan beynəlxalq simpoziumun məqsədi müxtəlif ölkələrdən olan sənətkar-keramistlər ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri və milli mədəniyyətimiz ilə tanış etmək olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət