Slimfit
  1. MARAQLI

Beynəlxalq çay günü: içki haqqında 10 maraqlı fakt

Beynəlxalq çay günü: içki haqqında 10 maraqlı fakt
Sakura

Beynəlxalq çay günü: içki haqqında 10 maraqlı fakt

Hər il 15 dekabr tarixi Beynəlxalq çay günü kimi qeyd edilir.

Biz hər gün çay içirik, amma bu içki haqqında nələri bilirik? Əslində onun haqqında dayanmadan danışmaq olar. Beynəlxalq çay gününün şərəfinə bir neçə maraqlı faktı nəzərinizə çatdırırıq.

  • 18-ci əsrə qədər Avropada hesab edirdilər ki, yaşıl və qara çayı müxtəlif bitkilərdən istehsal edirlər - çin istehsalçıları onun becərilməsi sirrini gizlədirdilər. Amma hər iki növü eyni bitkidən - Camellia Sinensis əldə edirlər.
  • Dünyada ən bahalı çay ulun növünə aid olan Da Hun Pao adlı əfsanəvi çin çayı hesab olunur. Onun istehsalı üçün 350 il yaşı olan cəmi 6 koldan yarpaqlar yığılır. Hər il bu qeyri-adi növdən cəmi yarım kiloqram istehsal edirlər.
  • Çay paketini Nyu-Yorkdan olan Tomas Sallivan adlı təchizatçı icad edib. O aşkar edib ki, çayın metal bankalarda çatdırılması baha başa gəlir. 1904-cü ildə o çayı kağız paketlərdə satmağa başlayır. Sallivanın müştərilərindən biri təsadüfən suya salır və aşkar edir ki, pis çay alınmır. Bu əfsanə əlbəttə gözəldir, amma çay paketlərinin patentinin tarixi 1903-cü ilə təsadüf edir. Çay həvəskarlarının əksəriyyəti hesab edir ki, paket çayların icadı içkinin dadı və xüsusiyyətini pisləşdirib.
  • Yaşıl çayın tərkibində adi qara çaydakından 50% daha çox C vitamini var.
  • Təzə dəmlənmiş çay taxta mebel, döşəmə və güzgüləri təmizləmək üçün çox uyğundur.
  • Çində qadınlara çay içməzdən əvvəl içkinin dadını korlamamaq üçün dodaqdan pomadanı təmizləməyi məsləhət görürlər.
  • Ən keyfiyyətli yaşıl çay demək olar ki, bütün Çin və Yaponiyada istehsal olunur. Ondan keyfiyyətçə bir az zəif olanı Hindistanda Seylonda becərilmiş yaşıl çaydır.
  • Hər gün dünyada 3 milyard fincan çay içilir.
  • Çayın Avropda ortaya çıxması vaxtlarında krallıq qəbullarının birində çay yarpaqlarından salat hazırlanmışdı. İnsanlar çayı dəmləməli olduqlarını bilmirdilər. Həmçinin 12-ci əsrin sonunda Fransada tütün əvəzinə çayın çəkilməsi haqqında məsləhət məşhur idi, külündən isə dişlərin ağardılması üçün istifadə edirdilər.

Mənbə: Uazmi.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR